ABŞ Gürcüstan hərbçilərinə 40 «Hummer» bağışladı

7 İyun 2011 18:33
Milli.Az xəbər portalının "İnterfaks"a istinadən verdiyi məlumata görə, gürcü hərbçilər ABŞ-dan 40 ədəd "Hummer" markalı hərbi maşın alıb.

Gürcüstan müdafiə nazirinin müavini Nodar Xarşiladze bildirib ki, onlar bu maşınlardan Əfqanıstana göndəriləcək hərbçilərə təlim keçilməsində istifadə edəcək.

40 ədəd "Hummer" ABŞ hökumətinə təxminən 5 milyon dollara başa gəlib.

Milli.Az