Nazir Ziya Məmmədov «Bakı»nın bazasında - FOTO

14 Mart 2010 12:18
Milli.Az klubun saytına istinadən xəbər verir ki, nazirlə birlikdə Voleybol Federasiyasının vitse-prezidenti, milli komandamızın sabiq baş məşqçisi Faiq Qarayev də "Bakı"nın bazasında olub.

Komandanın müasir səviyyəli bazasının vəziyyətindən razı qalan qonaqlar federasiyanın bazasının tikintisi üçün yer seçiblər. Bazanın layihəsi qonaqlara təqdim olunub. Voleybolçuların yaşaması, təlim-məşq toplanışları keçməsi üçün hər cür şəraitə malik olacaq kompleksdən savayı 2500-3000 nəfərlik voleybol zalı da tikiləcək.

"Bakı"nın prezidenti Hafiz Məmmədov qonaqlara klubun gələcək planları ilə bağlı məlumat verib. Klub prezidenti bildirib ki, "Bakı" klubunun bazasının ərazisində daha 2 meydança salınacaq ki, onlardan biri təbii, ikincisi isə süni örtüklü olacaq. Beləliklə, klub bazasının ərazisində tam standard ölçülü 2 təbii və 2 sünı meydan futbolçuların ixtiyarında olacaq.

Milli.Az