33 yaşlı kişi müəmmalı şəkildə ağır xəsarət alıb

17 Fevral 2017 23:05

Gəncə şəhər sakini ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Hüseynov Sərxan Aqil oğlu döş qəfəsinin sol tərəfinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınları S. Hüseynovun yıxılaraq döş qəfəsinə şüşə batdığını desələr də, onun bıçaqlandığı bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Milli.Az