Keyfiyyətli parçanı necə ayırd etmək olar? - VİDEO

17 Fevral 2017 22:00

Bazarlarda vitrinləri keyfiyyətli parçalarla yanaşı, keyfiyyətsiz parçalar da bəzəyir. Belə parçaların qiyməti isə minimum 3 manatdan başlayır. Növbəti süjetimizdə keyfiyyətli parça ilə keyfiyyətsizi bir-birindən fərqləndirməyin yollarından danışacağıq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bazarlarda keyfiyyətsiz parçalar tüğyan edir. Belə parçalar daha çox Çindən gətirilir.

Görünüşü ilə insanları özünə cəlb edən bu parçaların keyfiyyəti isə görünüşündən qat-qat aşağıdır. Bu tipli keyfiyyətsiz parçaların qiyməti 3 manatdan başlayır.

Parçaların keyifyyətli olub-olmadığını isə ayırd etməyin sadə yolu var. Parçanı yandırmaqla bunu bilmək mümkündür.

Keyfiyyətindən asılı olaraq, parçaların qiymətləri də müxtəlifdir. Metrəsi 300 manat olan parçalar da var ki, bunlar da əsasən əl işləmələri ilə zəngin olan parçalardır.

Satıcıların sözlərinə görə, son zamanlar ən çox məxmər parçalara üstünlük verilir. Bunların keyfiyyətini isə ayırd etmək olduqca sadədir.

Məxmərlər kimi dəri paltar materialları da ən çox satılanlardandır. Sadə dəri materialların qiyməti 12, üstü işləməli və güllü dərilərin qiyməti isə 50 manatdan başlayır və 110 manata kimi davam edir.

Digər ən çox satılan parçalar isə taftalar və kreplərdir. Bu parçaların qiyməti 6-30 manat arasında dəyişir. Belə parçalar daha çox sintetik tərkibli olur. Sadəcə materialına toxunmaqla bunların da keyfiyyətini bilmək olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Keyfiyyətli parçanı necə ayırd etmək olar?