Bakıda Botanika bağına giriş niyə pulludur?
7 İyun 2011 14:09
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Botanika bağının direktoru Oruc İbadlı məsələyə belə münasibət bildirib: "Dünyanın bütün ölkələrində botanika bağlarına giriş pulludur. Bizdə bu, uşaqlar üçün 50 qəpiyə, böyüklər üçün isə 1 manata başa gəlir. Burada qanunsuz heç nə yoxdur. Londonda Botanika bağına giriş 30 dollar, Moskvada 100 rubldur".
Milli.Az