Vaşinqtonda Xəzər regionu ilə bağlı forum keçirildi

14 Mart 2010 12:34
Forumda ABŞ-ın Avropa İttifaqı üzrə səfirliyinin nümayəndələri, Orta Asiya və Qafqazlar üzrə Araşdırmalar İnstitutunun rəhbərliyi ilə yanaşı, bir sıra ekspertlər də iştirak ediblər.

Çıxışlarda bir sıra nazirliklərə Xəzər regionu üzrə mütəxəssislərin təyin olunması təklif olunub.

Forumda Bakı-Tbilisi-Ceyhan və Nabukko kimi layihələrlə yanaşı, Rusiyanın "Qazprom" şirkətinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

/AzərTac/