"TV-yə giriş qadağandır" - "Planeta parni iz Baku"dan yeni konsert

17 Fevral 2017 09:56

Əməkdar artistlər Tahir Cabir İmanov qardaşlarının rəhbərlik etdiyi "Planeta parni iz Baku" teatrı yeni tamaşaya hazırlaşır.

Axşam.az-ın məlumatına görə, "TV-yə giriş qadağandır" adlı konsert aprelin 28-də və 29-da Heydər Əliyev Sarayında baş tutacaq. 

Tədbirdə əməkdar artistlər Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, aktyorlar Emil Abbasov və Azər Məmmədzadə çıxış edəcəklər. 

Qeyd edək ki, T.İmanov açıqlamasında telekanalların onlara qadağa qoyduğunu bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində