Şahin vəfat etdi - Yaxın qohumu təsdiqlədi - YENİLƏNİB

16 Fevral 2017 17:00

17:00

Bir müddətdir qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib. 

Milli.Az xəbər verir ki, bu barədə axşam.az-a rejissorun xalası oğlu Aqil Adiloğlu məlumat verib. 

O bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

----------

14:53

"Şahin Zəkizadənin canı sağdır. Xəstə sadəcə ağır vəziyyətdədir, amma nəfəsi gedib-gəlir. Səbinə səhv başa düşüb. Sadəcə həkim deyib ki, sayılı saatlar qalıb". 

Bu xəbəri Şahin Zəkizadənin xalası oğlu big.az-a açıqlamasında bildirib: 

"Xəstəxanadayam, ölməyib!"

Qeyd edək ki, az öncə Ş.Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə onun ölüm xəbərini təsdiqləmişdi.

X X X

"Təəssüf ki, düzdür. Bəli, Şahin rəhmətə getdi. 38 yaşında... Heyif Şahindən..." 

Hönkürtü ilə rejissor Şahin Zəkizadənin xanımı big.az-a bu acı xəbərdən danışdı. 

"Barı vidalaşa bildinmi?" sualına Səbinə Zəkizadə belə cavab verdi: 

"Hə, dünən artıq sağollaşdım, vidalaşdım..."

----------

14:49

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin bu gün vəfat etməsi ilə bağlı mətbuatda yer alan xəbərlər doğru deyil. Bunu Trend-ə Tədris-Terapevtik Klinikasından bildiriblər.

Klinikadan verilən məlumata görə, o, sağdır, hazırda vəziyyəti ağır: "Xəstə reanimasiya şöbəsindədir, koma vəziyyətindədr".

-----------

14:14

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ilə bağlı pis xəbər gəldi.

Rejissorun xanımı Səbinə Zəkizadə Axşam.az-a açıqlamasında bildirib ki, Şahini aparatlardan ayırıblar:

"Beyni sönüb, artıq aparatdan ayırıblar. Şahin can verir (ağlayır). Xəstəxanada idim, o halına baxa bilmədim. Evə gəldim, indilərdə yəqin ki, gətirəcəklər. Onun öldüyünü deməyə dilim gəlmir".

Milli.Az