Qəbiristanlıqlara iynələr batırılmış şəkillər atırlar - FOTO

15 Fevral 2017 16:30

Bakıda Binəqədi qəbiristanlığında qəribə əşyalar tapılıb.

Milli.Az xəbər verir ki, oxuculardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, o qəbiristanlıqda olarkən qəbirlərin birinin yanından iynələr batırılmış bir neçə şəkil tapıb. O iddia edir ki, bu cadudur. Çünki adətən caduları məhz qəbiristanlıqda basdırırlar.

Cadunun real olub-olmamasına gəldikdə isə caduya maraq göstərən və ya inanan insanlara məsləhət görürük ki, belə xurafatlara inanmaqla cadugərlərin biznesini genişləndirməsinlər. 

Milli.Az