Bir sevgi hekayəsi - VİDEO - FOTO

15 Fevral 2017 14:24

Belə bir deyim var ki, sevgi nişanlandıqdan və ya ailə həyatı qurduqdan sonra bitir. Amma bunun yalnış fikir olduğunu sübut edənlər də var.

ARB 24-ün hazırladığı reportajda bu suala açıq-aydın cavab tapmaq mümkündür:

Gəncədə yaşayan bu mehriban cütlüyün bir-birinə olan eşqi sərhəd tanımır. 27 yaşlı Namaz və onun yaşıdı olan nişanlısı Fatma fiziki məhdudiyyətlidirlər.

Namaz Namazov: "Məni bir tədbirə qonaq kimi çağırmışdılar. Orada gördüm. Amma heç nə deməmişdim. Qismətdir. Sonradan böyüklər gəlib məsləhət gördülər. Bildim ki, odur".

Fatma Babayeva: "O vaxtdan istəyirmiş, amma deməyib ki, birdən "yox" deyərəm. Elə təsadüfən anası məni görüb, gəlib istədilər. Ad günümdə "hə"ni aldılar. 1-2 həftə sonra üzük taxıldı".

1-ci qrup əlil olan Fatma Babayevanın anadangəlmə yeriməsində qüsürü var. 7 yaşına qədər uşaq evində qalsa da, sonradan  tale onun üzünə gülür. Gəncə şəhərindən bir ailə onu övladlığa götürür. Fatma sağlamlıq imkanlarından məhdud olmasına baxmayaq gözəl xalça toxumağı da bacarır.

Namaz da 1-ci qrup əlildir. O da bacarıqlarına görə nişanlısından geri qalmır. 27 yaşlı gənc Gəncə şəhərində pauerliftinqlə məşğuldur. Namaz Azərbaycan və Avropa çempionudur.

Bu gün qəhrəmanlarım kimi Gəncə şəhərində 2 mindən artıq sağlamlıq imkanlarından məhdud olan uşaqlar var. Gəlin gəncliyimizə, onların könül dünyasına, məhəbbət aləminə biganə qalmayaq.

Videonu izləmək üçün şəklə klikləyin:

Fiziki qüsurlu ailənin sevgi hekayəsi

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində