İyunun 7-nə olan hava proqnozu

7 İyun 2011 02:00
Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-28° isti təşkil edəcək.
Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 759 millimetr civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında

əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında

əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-28° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti təşkil edəcək, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacaq.

Tibbi-meteorolji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əlverişlidir.

Milli.Az