Şöbiyet - FOTO

17 Fevral 2017 07:00

Milli.Az türk mətbəxindən şöbiyetin hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: "Bənövşə" salatı

Tərkibi: 

1 st. qatıq

1.25 st. bitki yağı

2 yumurta

1 ç.q. duz

1 ç.q. qabartma tozu

2 x.q. limon şirəsi

4 st. un

2 st. süd

3 st. şəkər tozu

2 x.q. mannı yarması

8 ç.q. nişasta

1 ç.q. vanilli şəkər 

6 ədəd qoz

2,5 st. su

75 q kərə yağı

Xəmir: Qatığı 1 st. bitki yağı və yumurta ilə qarışdırın. 1 x.q. limon şirəsi əlavə edin. Qabartma tozu və duzla qarışdırılmış unu az-az əlavə edib yumşaq, elastik, ələ yapışmayan xəmir yoğurun. 

Xəmiri 24 bərabər hissəyə bölüb kündələyin. 

Üzərinə nişasta səpib (2-3 ç.q.) dəsmal çəkin, otaq temperaturunda 1 saat saxlayın. 

İç: Tavada 3 x.q. şəkər tozu, vanilli şəkər, mannı və 1 ç.q. nişastanı qarışdırın, üzərinə süd töküb qarışdıraraq orta itilikli ocağa qoyun. Qarışdıraraq qatılaşınca bişirin, soyudun.

Şərbət:  Qazanda su ilə şəkər tozunun qalanını qarışdırın, ocağa qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın. Limon şirəsi qatın, yenidən qaynara düşəndə ocaqdan götürün, tam soyudun. 

Hər kündəni təxminən 1 mm qalınlıqda yayın. Aralarına nişasta səpərək 12-12 üst-üstə yığın. 

Hər iki dəsti (12 yuxa olmaqla) ayrılıqda 3-4 mm qalınlıqda yayın, 5x5 ölçüdə kvadratlara bölün. 

Kərə yağını əridib qalan bitki yağı ilə qarışdırın. Hər kvadratın üzərinə bu qarışıqdan çəkin. Bir tərəfinə iç qoyub üzərinə qoz ləpəsinin 1/4-ni yerləşdirin. Digər tərəfini üzərinə qatlayın. Formanı yağlayın. Şöbiyetləri düzün. Üzərinə bolluca yağ qarışığından çəkin. 

200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızarınca bişirin. Qaynar şöbiyetlərin üzərinə soyuq şərbət töküb 2-3 saat saxlayın. 

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə