Fermanın çobanı qazanmaq istədi, tutuldu - VİDEO - FOTO

13 Fevral 2017 19:20

Xırdabuynuzlu heyvan oğruları saxlanılıb.

ARB TV xəbər verir ki, Ağcabədi rayonunun Sarıcalı kənd sakini Bəhruz İlyas oğlu Qafarova məxsus fermadan 4 baş xırdabuynuzlu mal-qaranı oğurladıqdan sonra Ağdam polisi tərəfindən saxlanılıb.

Dindirilmə zamanı məlum olub ki, oğrular Yevlax sakini, 1993-cü il təvəllüdlü Təbriz Yusifov və həmyerlisi, 1979-cu il təvəllüdlü Rəşad Elman oğlu Yusifovdur. Araşdırmalar zamanı məlum olub ki, Təbriz Yusifov bir neçə gün öncəyə qədər həmin fermada çoban işləyirmiş. Onları əraziyə gətirən Pərviz İlham oğlu Qurbanov hər iki şəxsin əməlindən xəbərsiz olduğunu bildirib. O, onları Yevlax ərazisindən müştəri olaraq gətirdiyini bildirib. Rəşad Yusifov Rusiyada və Azərbaycanda 4 dəfə məhkum həyatı yaşayıb. Saxlanılan şəxslər Ağcabədi rayon polisinə təhvil veriliblər.

Videonu izləmək üçün şəklə klikləyin:

Qoyun oğruları tutuldu: Fermanın çobanından gözlənilməz addım

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində