Bakı yollarında hərəkət sürəti endirildi - FOTO

13 Fevral 2017 17:02

Bakının bəzi yollarında hərəkət sürəti endirildi.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti - Hava Limanı və əks istiqamətdə, eləcə də Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində