Martın 15-nə olan hava proqnozu
15 Mart 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s təşkil edəcək, gündüz arabir 18-23 m/s olacaq, yarımadanın bəzi yerlərində 25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Milli.Az