Azərbaycan Kikboksinq Federasiyasının fəalları və dünya çempionları Zaur Yusifov, Elnur Həmidov, Orxan Məlikov, Ramal Aslanov, Anar Şıxlarov, Əkbər Əkbərov, iş adamı Elnur Həşimov talassemiya xəstəliyindən əziyyət çəkən 3 yaşlı Gülay Aslanın ailəsi ilə görüşüblər.
Görüşün təşkilatçısı dünya çempionu Zaur Yusifov Milli.Az-a Gülay Aslanın ailəsinə dəstək olduqlarını söyləyib: "Azərbaycanın fəxri və mərd övladları Gülaya dəstək olmaq üçün onunla idilər. Gülay təkcə bir ailənin övladı deyil, hamımızın övladıdır. İnanıram ki, Gülayın müalicəsi üçün lazım olan vəsait yığılacaq".
Milli.Az