Qar yollarda hərəkətə necə təsir edib?

13 Fevral 2017 11:09

Ölkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib.

Milli.Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq bir sıra yollarda təmizlik işləri həyata keçirilir:

"Problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb. Hazırda da bir çox ərazilərə qar yağmağa davam etdiyindən bu istiqamətdə işlər davam etdirilir. Buna baxmayaraq, hazırlıqsız sürücülərin yollara çıxması tövsiyə olunmur".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində