Günün qoroskopu

15 Mart 2010 07:00
Göylərin mənzərəsi: 15 mart, bazar  ertəsi 1-ci Ay günü.
Günəş - Balıqlarda, Ay - Balıqlarda, Merkuri - Balıqlarda, Venera - Qoçda, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Bu gün çətin gündür. Qarşınıza konkret və dəqiq məqsədlər qoyub onu həll etməyə çalışın. İşləriniz alınmasa, əsəbi ovqatı yaratmayın. Səhhətinizə qarşı diqqətli olun.

Buğa - Bu gün fəaliyyətinizin konkret maddi nəticələrini görəcəksiniz. Daha böyük əzmlə çalışmalı istedadınızı göstərməklə özünüzü təsdiq etməlisiniz.

Əkizlər - İşləriniz çox çətinliklə gedir.  Problemləriniz həddən artıq çoxdur. Vaxt tapıb öz üzərinizdə çox işləməlisiniz, əsəblərinizi sakitləşdirməlisiniz.

Xərçəng - Bu gün əldə etdikləriniz sizin gərgin işinizin və işgüzarlığınızın nəticəsi də meydana gələcək.  Böyük ruh yüksəkliyi ilə çalışmağınız məsləhətdir. 

Şir - İşləriniz alınmırsa, sakit dayanıb göz önündən çəkinməyi bacarmalısınız. Tez-tez dəyişən ovqatınızdakı qəzəbi biruzə verməyin. Öz üzərinizdə çalışın. Bilik və vərdişlərinizi artırın.

Qız - Maddi durumunuzu yaxşılaşdırmaq şansınız var. Buna görə sizə yardımçı olanları mükafatlandırmağı unutmayın, yoxsa uğurlarınız kəsilər. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Tərəzi - İşləriniz alınmayacaq. Ünsiyyətlərinizi çoxaltmağınız və səmimiləşdirməyiniz lazımdır. Maddi durumunuzu yaxşılaşdırmaq yönündə çalışmalarınızda ciddi nəticələr yoxdur.

Əqrəb - Bu gün sizə fərəh gətirəcək. Yüngül problemlə günorta qarşılaşsanız ruhdan düşməyin. Gün bütövlükdə sizin uçun uğurlu olmalıdır.

Oxatan -  Problemli gündür, nəzərdə tutduqlarınızın demək olar ki, heç birini həyata keçirə bilməyəcəksiniz. Hər tərəfdən problemlər sizi əhatə edəcək. Problemlər önündə soyuqqanlı və mətn durmağı bacarın.

Oğlaq -  İşləriniz alınacaq. Bu gün sizə fərəh gətirəcək. Özünüzü gümrah hiss edəcəksiniz. Sevgi münasibətlərindən başqa hər işiniz uğurlu olacaq.

Dolça -  Həssas olmağınız sizin üçün problemlər yaradacaq. Heç kəsin işinə qarışmayın, məsləhətlər verməyin, rahat yaşayın.

Balıqlar -  Əldə etdikləriniz nəzərdən tutduqlarınızdan xeyli artıq olacaq. Özünüzü gümrah, problemsiz hiss edəcəksiniz. Maddi vəziyyətiniz arzu olunandır.

Milli.Az