Xərçəngdən ölənədək hər gün... - FOTO

7 İyun 2011 09:24
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ilk əvvəl xobbi kimi jələn iş illər keçəndən sonra Nyu-Yorkun sakinlərindən birir üçün idefiksə dönüb. Və o, tam 18 il ərzində hər gün "Polaroid"lə bir şəkil çəkib.

Nyu-York sakini Ceyms Livinqston 1979-cu ildə "Polariod"lə ilk fotoşəkli çəkib və 1997-ci ilədək, 41 yaşında xərçəng xəstəliyindəən ölənə qədər çəkilişləri davam etdirib.

23 yaşında başladığı proses onun xoşuna gəlib. Gələn və gedən dostlar, sevinc və kədər, toy və yaslar, ən nəhayət - melanoma şişinə məğlub olması... Bütün bunlar fotoqrafın hər gün çəkdiyi bir şəkildədir.

O şəkillər Livinqstonun həyatının 18 illik tarixçəsidir.
Mərhum fotoqrafın fotoşəkillərinin tam kolleksiyası