«Qalatasaray» şok transferə hazırlaşır
13 Mart 2010 14:13
"Fotomaç" qəzetinin yazdığına görə, "Volsburq", "Marsel" və "Çelsi" ilə yanaşı, "Qalatasaray" da Trezegeni heyətinə qatmaq üçün fəaliyyətə keçib. Məlumata görə, İstanbul klubunun prezidenti Adnan Polad mövsümün sonunda komandanın heyətinə ulduz futbolçu qatacaqlarını açıqlayarkən məhz fransalı hücumçunu nəzərdə tuturmuş.
Trezegenin özünə gəlincə, onun ilk növbədə vətəninə dönmək istədiyi bildirilir.
Milli.Az