Xəyyam Nisanov "Mortal Kombat" filminin qəhrəmanı ilə - FOTO

8 Fevral 2017 11:34

Gənc müğənni Xayyam Nisanov Moskvaya yollanıb.

Milli.Az live.az-a istinadla xəbər verir ki, müğənni səfərdən dünyaca populyar Hollivud aktyoru Keri Hiroyuki Taqava ilə şəklini paylaşıb.

Populyar "Mortal Kombat" filminin qəhrəmanı olan Taqava Azərbaycanda daha çox bu filmdəki adı ilə tanınır - Şanq Tsunq (Shang Tsyng).

Şəklə izləyicilərdən çoxlu müsbət rəy gəlib. 

Xatırladaq ki, "Mortal Kombat" 90-cı illərin ən populyar filmlərindəndir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində