İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib:
"Tramp "Məndən qorxmalısınız" deyir. Xeyr! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək".
Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir.
Milli.Az