Olimpiya çempionu heyətdən kənarlaşdırıldı

7 Fevral 2017 13:24

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Kianuş Rostami ağırlıqqaldırma üzrə İran milli komandasının heyətindən kənarlaşdırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb Rostaminin məşqlərə qatılmaması olub.

26 yaşlı atlet 24 - 28 apreldə Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatında və Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyək.

Qeyd edək ki, 85 kq çəki dərəcəsində çıxış edən Kianuş Rostami "Rio-2016"da iki hərəkətin cəmində 396 kq ağırlığın öhdəsindən gələrək, rekord müəyyənləşdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində