Şəhidlərin adları şəhid olduqları ərazilərdə əbədiləşdirilsin
18 Yanvar 2010 18:41
İttifaqın mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilərək, müvafiq qərarlar qəbul edilib.
DUİ Sədrlər Şurası 20 Yanvar hadisələrinin 20-ci ildönümünü bir daha müzakirə edərək hakimiyyətə şəhidlərin şəhid olduqları ərazilərdə adlarının əbədiləşdirilməsini təklf edib.
DUİ-yə daxil olan partiyalar 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edəcək.
Toplantıda DUİ-yə daxil olan 5 partiyanın - Klassik Xalq Cəbhəsi , Böyük Azərbaycan, Azadlıq, Xalq Azadlıq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
Milli.Az