Leopard fotoqrafı yaman qorxutdu - FOTO

4 İyun 2011 21:49
Milli.Az xəbər portalı "Safari Online"a istinadən bildirir ki, rusiyalı fotoqraf-naturalist Sergey Kotelnikov Namibiyada bəlkə də həyatının ən böyük qorxusunu yaşayıb. Bu ölkədə safaridə olan və vəhşi heyvanların fotolarını çəkən Kotelnikovun olduğu "Land Rover" avtomobili Botsvana ilə sərhəddəki milli parkla hərəkət edəndə qəflətən gənc leopard avtomobilə atılıb. Kotelnikov qorxub, onun həmkarı Sergey İvanov isə baş verənləri qonşu avtomobildən çəkib.

Kotelnikov fotokamerasını arxaya çəkənə qədər leopard "Land Rover"in damına dırmaşıb, sonra da aşağı atılıb. 44 yaşlı Kotelnikovun ilk qorxusu keçəndən sonra o, leopardla oynamağa başlayıb.

Di gəl, yeganə problem oyun zamanı rusiyalı fotoqrafın çox bahalı fotokamerasının sınması olub.

Milli.Az