"Dondurma satırıq, çayın ortasında!" - VİDEO-FOTO

5 İyun 2011 13:46
Milli.Az xəbər portalı "The Daily Telegraph"a istinadən bildirir ki, dünyada ilk üzən dondurma maşını İngiltərədə istifadəyə verilib. Ölkənin paytaxtı Londonun ortasından keçən Temza çayında üzən amfibiya dondurma maşını "HMS Flake 99" adlanır.

Satıcılara isə əsasən "Cedbury Cream" dondurmaları təklif olunur.
Maşındakı satıcıların dediklərinə görə, onlar yayda Venesiya kanallarında da bu minvalla dondurma satmaq niyyətindədirlər.

Milli.Az