Hillari Klinton İsrailin baş nazirini danladı

13 Mart 2010 11:16
Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ-ın dövlət katibi Hillari Klinton İsrailin bu addımını sərt tənqid edib. İsrailin baş naziri Binyamin Netanyahu ilə 43 dəqiqə davam edən telefon danışığında Klinton bildirib ki, yəhudi dövlətinin bu addımı Fələstinlə birbaşa danışıqların bərpasına zərbə vurur, eyni zamanda ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bu günlərdə Yaxın Şərqə etdiyi səfər ətrafında mənfi fon yaradır.

Məlumata görə, məsələ İsrail baş nazirinin dəftərxanası ilə ABŞ prezidentinin ofisi arasındakı münasibətlərdə də gərginlik yaradıb.

Milli.Az