Ad günündə 11 milyonluq hədiyyə aldı - FOTO

29 Yanvar 2017 13:06

"Dom" adlı realiti-şounu apardıqdan sonra Rusiyanın məşhur simalarından birinə çevrilən Olqa Buzova ötən gün doğum gününü qeyd edib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, Olqanın 31 yaşı tamam olub. Restoranlardan birində ad günü mərasimi təşkil edən Buzovaya çoxlu hədiyyələr bəxş ediblər.

Hədiyyələr arasında ən diqqət çəkəni isə "Graff" zərgərlik evinin aparıcıya göndərdiyi brilliant qaşlarla bəzədilmiş qol saatı olub. Saatın 11 milyon rubl (təxminən 3 milyon AZN) qiymətində olduğu bildirilir.  

Milli.Az