“Fəslül-xitab” kitabında yazılanlara münasibətimiz necə olmalıdır?

28 Yanvar 2017 20:40

Mühəddis Şeyx Hüseyn Nuri böyük hədis alimlərindən olmuşdur. İmanlı və təqvalı həyat sürmüş, "Müstədrəkül-Vəsail" adlı irihəcmli hədis məcmuəsini toplamışdır. Bununla belə, əxbari əqidəsinə meylli olması onun "Fəslül-xitab" adlı kitabı yazmasına gətirib-çıxarmışdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, həmin kitabda müəllif guya Quranın təhrif edildiyini və bəzi ayələrin Qurandan çıxarılmış olduğunu iddia edir. "Fəslül-xitab" kitabı yazıldıqdan dərhal sonra ən üstün səviyyəli şiə alimləri tərəfindən ciddi tənqidlərə məruz qalmış, Nəcəf alimləri bu kitabın yayımının qarşısını almaq barədə fətva vermişlər. Şeyx Hüseyn Nuri də sonralar öz fikrindən dönmüş və Quranın təhrifdən uzaq olması barədə bir kitab yazaraq, "Fəslül-xitab"dakı arqumentləri rədd etmişdir. Bir daha təkrar edirik ki, Quranın guya təhrif edilməsi fikri şiə məzhəbinin əqidəsini əks etdirmir, tarix boyunca az sayda alimlər (əsasən əxbarilər) buna inanmışlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində