İngiltərənin Hall şəhərindəki Kral Məhkəməsinin (Hull Crown Court) binası qarşısında faciə yaşanıb.
Milli.Az The İndependent-ə istinadən bildirir ki, 32 yaşlı Heyli Qaskoyn boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi.
İclas zamanı o qəflətən ürəyini tutaraq yerə yıxılıb.
Hadisə yerinə çağırılmış təcili yardım heyəti H.Qaskoynu məhkəmə binasından çıxararaq "Hull Royal Hospital"a aparıb.
Reanimasiya bölməsinə yerləşdirilən H.Qaskoyn həkimlərin bütün səylərinə rəğmən, keçinib.
Milli.Az