“Ekstrim” realiti-şousunun finalçıları bəlli olub - FOTOSESSİYA - EKSKLÜZİV
2 İyun 2011 11:59
Milli.Az xəbər portalının məlumatına görə, 12 nəfər - müğənnilərdən Aygün Kazımova, Nadir Qafarzadə, Günel Ələkbərova, Rüfət Axundov, Nurlan Əzizbəyli, "Kristal" qrupunun eks solisti Lalə, türkiyəli prodüser Kemal Cenk İçten, "Dəyirman" rep-qrupunun üzvü Malik, teleaparıcı Lətafət Ələkbərova, Lamiyyə Rəhimova, model Xanım Manafzadə və iş adamı Dəyanət İsmayılovun qatıldığı realiti-şounun iki finalçısı bəlli olub.
Aygün Kazımova və repçi Malik finala vəsiqə qazanblar. Digər iştirakçılar isə səsvermə nəticəsində oyundan kənarlaşdırılıblar. İştirakçılardan yalnız müğənni Günel Ələkbərova könüllü surətdə uzaqlaşıb.
Vurğulayaq ki, final mərhələsi Qəbələ rayonunda keçiriləcək. Finala keçən iki sima ilə yanaşı, daha iki nəfər də tamaşaçı səsverməsi nəticəsində bəlli olacaq.
15 gün Namibiyada çətinliklə yaşayan iştirakçılar bir çox sınaqdan keçiblər. Onlar ekstremal şəraitdə yaşayıblar.
Qalib gələn iştirakçıya bahalı idman avtomobili hədiyyə olunacaq.
Məlumatlara görə, bu layihənin gerçəkləşməsi üçün 1 milyon dollar ayrılıb. Analoji layihə xarici ölkələrin telekanallarında da yayımlanır. Məsələn, Türkiyənin "Şou" telekanalındakı "Survivor" layihəsi. Rusiyada isə "Posledniy qeroy". Lakin onların büdcəsi daha böyük olub.
Qeyd edək ki, "Ekstrim" realiti-şousu 4 iyun tarixindən etibarən "Space"də yayımlanmağa başlanacaq. Layihənin rəhbəri və aparıcısı telejurnalist Emin Əhmədovdur.
Mələk
Milli.Az



















