Şok kadrlar: İŞİD terrorçularına divan tutuldu - VİDEO - FOTO

25 Yanvar 2017 10:51

"Tərpənmə! Dur yerində, əclaf! İndi əməllərinizin cəzasını çəkəcəksiniz, murdar köpəklər!"

İraq ordusunun əsgərləri bunu deyərək İŞİD-in əsir alınmış üç terrorçusunu təpikləməyə, qundaqla vurmağa, döyməyə başlayıblar.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, terrorçular ölümün yaxınlaşdığını hiss etdikləri üçün yalvarmağa, ağlamağa, aman diləməyə başlayıblar. Lakin onları eşidən olmayıb. Terrorçuların üçü də güllələnib.

Olay İraqın Nineviya şəhərindəki Mosul şəhərinin cənubunda yaşanıb.

BMT baş verənlərlə bağlı dərin narahatlığını və təəssüfünü bildirib.

İraqın Müdafiə Nazirliyi isə olayla bağlı araşdırmalara başlandığını bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: İŞİD terrorçularına divan tutuldu