Rövnəq Abdullayev Mişel Platini ilə görüşdü
12 Mart 2010 18:41
Milli.Az-ın verdiyi xəbərə görə, AFFA-nın rəsmi saytına danışan R.Abdullayev görüş barədə fikirlərini bildirib: "AFFA tərəfindən futbolun inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə görüşdə ətraflı məlumat verildi. Bu istiqamətdə fəaliyyətimizin daha da yüksək səviyyədə davam etdirilməsi üçün hazırlanan layihələrlə bağlı səmərəli müzakirələr aparıldı. UEFA rəhbərliyi AFFA-nın fəaliyyəti ilə bağlı razılığını bildirdi. Düşünürəm ki, bugünkü görüşdə aparılan müzakirələr Azərbaycanda futbolun inkişafına öz müsbət təsirini göstərəcək".
Milli.Az