Məhkəmə binası yaxınlığında qarşıdurma: Polis havaya atəş açdı - VİDEO - FOTO

24 Yanvar 2017 12:48

Adana məhkəmə binasının yanındakı İnönü Parkında əmiuşaqları arasında baş verən silahlı qarşıdurmada 2-si ağır olmaqla 4 nəfər yaralanıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, polis havaya atəş açarkən ətrafda böyük bir çaxnaşma yaşanıb.

Hadisə saat 10.30 radələrində qeydə alınıb. 

Parkda olan vətəndaşlar qaçmağa başlayarkən ərazidə olan polis qrupları hadisəyə müdaxilə ediblər. Havaya silahla atəş açan polis hər iki qrup üzvlərini saxlayıb.

Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılıblar, şübhəlilər nəzarətə alınıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məhkəmə binası yaxınlığında qarşıdurma: Polis havaya atəş açdı