Neft bahalaşır

24 Yanvar 2017 09:09

Dünya birjalarında neft bahalaşmaqdadır. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,42% artaraq 52,97 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,47% artaraq 55,49 dollar olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində