Qızardılmış pendir - FOTO

25 Yanvar 2017 07:00

Milli.Az pendir qızartmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi (2 pay):

200 q pendir
3-4 x.q. narın suxarı
1 x.q. küncüt
1 yumurta
3 x.q. bitki yağı

Pendiri iti bıçaqla 0,5 - 1 sm qalınlıqda dilimləyin. 

Narın suxarını küncütlə qarışdırın. Yumurtanı çəngəllə çalın. Duz vurmaq lazım deyil.

Hər pendir dilimini yumurtaya, sonra isə küncüt-suxarı qarışığına batırın. 

Bitki yağını tavada qızdırın, orta itilikli odda pendir dilimlərini o üz-bu üz qızardın.

Nuş olsun!

Milli.Az 

Digər maraqlı reseptlər Facebook səhifəmizdə!