Ticarət mərkəzində ATIŞMA: ölən və yaralılar var - VİDEO

23 Yanvar 2017 09:53

ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) ticarət mərkəzində atışma olub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, insident zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilir. İkinci cinayətkarın tutulması istiqamətində axtarış işləri aparılır. 

Cinayətin qarət məqsədi ilə törədildiyi qeyd edib. Hazırda ticarət mərkəzinin ətrafı polis tərəfindən əhatəyə alınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
ABŞ-da ticarət mərkəzində atışma: ölən və yaralılar var