Qarnına qumbara girdi, partlamadı - FOTO

31 May 2011 22:28
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentində xidmət edən serjant Çanninq Moss möcüzə nəticəsində sağ qalıb. Əfqanıstanın cənubundakı Paktiya vilayətində patrul zamanı Mossun da oldubu zirehli avtomobili "Taliban" və "Əl Qaeda" yaraqlıları atəşə tutublar. Bu zaman RPQ tipli qumbaraatandan buraxılmış qumbara zirehli maşının korpusunu dələrək Mossun qarnına girimb.

23 yaşlı Moss ölüm ayağında olub və yoldaşları onu hərbi bazaya güclə çatdırıblar.
"Hummer"in dəlib keçmiş qumbara partlamayaraq onun qarnında qalmışdı.

Sanitar Cared Encellin dediyinə görə, 10-cu dağ-atıcı diviziyasının 87-ci piyada alayının "Alfa" dəstəs inin 3-cü briqadasında xidmət edən Mossa ilk əvvəl bazanın çöl hospitalında cərrahlar Kirk və Carred baxıblar.
Onlar Mossun qarnındakı RPQ qumbarasının hər an partlaya biləcəyindən çəkinərək yaralının dərhal mərkəzi hospitala aparıldmasını istəyiblər. Üstəlik, Mossda güclü daxili qanaxma vardı və əgər ona 1 saat ərzində əməliyyati vasitəsilə yardım edilməzdisə, amerikalı hərbçi ölə bilərdi.

"Black Hawk" helikopteri riskə rəğmən, Mossu hərbi hospitala aparıb. Halbuki onun qarnındakı qumbara partlasaydı, pilotla yanaşı, helikopterdəki 4 əsgər və 3 yaralı da tikə-tikə olardılar.

Daha sonra isə cərrahlar Con OKevin Kirk təhlükəli yaralını əməliyyat ediblər. Bu zaman sapyor Den Braun da əməliyyat otağında olub, Mossun qarnı yarılan kimi oradakı RPQ qumbarasını çızararaq zərərsizləşdirib.

Milli.Az