"Sevginin yaşı yoxdur, atam anamdan 15 yaş böyük idi" - FOTO

18 Yanvar 2017 12:32

Məşhur türk müğənni Sərdar Ortaç Uludağda konsert verib.

Milli.Az "Cadde"yə istinadla bildirir ki, müğənni konsertdən əvvəl fanatları ilə söhbət edib.

Ər-arvad arasındakı yaş fərqi barədə danışan müğənni ABŞ prezidenti Donald Trampı misal göstərərək həyat yoldaşı Xlo Louqnandan 24 yaş böyük olmasını izah edib:

"Yaş fərqi önəmli deyil. Sevginin yaşı yoxdur. Atam anamdan 15 yaş böyük idi. Dünyada da buna misal göstəriləcək şəxslər var. Məsələn, ABŞ prezidenti Donald Trampı götürək. Onun da xanımı özündən yaşca çox kiçikdir. Aralarında 40 yaş fərq var. Mən Xlonu sevib evlənmişəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində