İran Suriyada mobil rabitə şəbəkəsi quracaq

18 Yanvar 2017 10:01

İran Suriya ilə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə dair saziş çərçivəsində bu ölkədə mobil rabitə şəbəkəsini istifadəyə verəcək. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, İran-Suriya sənədlərinin imzalanması mərasimində Suriyanın baş naziri İmad Həmid və İranın vitse-prezidenti İshaq Cahangiri iştirak edib. Bir neçə milyard dollarlıq maliyyə dəstəyini nəzərdə tutan beş protokolun imzalandığı bildirilir. 

Qeyd edək ki, İranın mobil telekommunikasiya şirkətinin səhmlərinin nəzarət paketini 2009-cu ildə əldə edən İslam İnqilabının Keşikçilər Korpusu ölkənin telekommunikasiya bazarının böyük hissəsinə nəzarət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində