Braziliyada son həftə ərzində üçüncü həbsxana şiyamı yaşanıb. Ölkənin şimal-şərqindəki Natal şəhərində yerləşən "Alkazuz" həbsxanasında qiyam qaldıran məhbuslar islah müəssisəsinin binalarını ələ keçirmişdilər.
Milli.Az O Globo-ya istinadən bildirir ki, bu zaman 3 məhbusun başı kəsilib.
"Həlak olanlar çoxdur. Qiyamın səbəbi həbsxanada iki narkokartelin mənsubları arasındakı qarşılaşmadır", - Riu Qrandi du Norti ştatının penitensiar sisteminin rəhbəri, mayor Vellinqton Kamilo deyib.
Onun sözlərinə görə, həbsxanadan məhbusların qaçmasına imkan verilməyib.
Ötən həftə Amazonas və Rorayma ştatlarındakı iki həbsxanadakı qiyamlarda 100-dən artıq məhbus həlak olmuşdu.
Milli.Az