Hollivudun ən qalmaqallı aktrisalarından biri Lindsi Lohanın islamı qəbul etdiyi, müsəlman olduğu iddia edilir.
Belə iddialara səbəb 30 yaşlı Lindsi Lohanın İnstagram-dakı bütün fotolarını silməsi və "Əleyküm əs-salam" yazmasıdır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, aktrisa yazıb: "Nəhayət ki, həyatımda yeni mərhələ başlanır".
Halbuki Lindsi Lohan bu yaxınlaradək İnstagram-da yarıçılpaq fotolarını dərc edir, onları aqressiv və qalmaqallı şərhlərlə müşayiət edirdi.
Minlərlə müsəlman Lindsi Lohanın islamı qəbul etdiyinə sevindiklərini yazıb, Lohanı təbrik edib.
Ötən ilin oktyabrında Türkiyədə suriyalı qaçqın uşaqlara baş çəkən Lindisi Lohan Yeni ili Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində qarşılayıb.

Daha sonra o, İnstagram-da əlində Qurani-Kərim tutmuş fotosunu paylaşaraq "səudi dostlarımın hədiyyəsidir" yazmışdı.
"ABŞ-da bu Qurainı mənə səudi dostlarım bağışlamışdılar. Lakin Quranla fotom sosial şəbəkələrdə, daha sonra mediada yayılandan sonra ABŞ-da, vətənimdə sanki linç etdilər. Təhqir olundum, aşağılandım, hədələndim. Ona görə Britaniyaya köçdüm, Londonda yaşamağa başladım", - Lindsi Lohan Türkiyənin Habertürk telekanalının studiyasında demişdi.
Lindsi Lohanın dediyinə görə, bu yaxınlarda yenidən Türkiyəyə yollanacaq.
Aktrisanın islamı qəbul etməsinə gəldikdə isə, bu iddia inandırıcı təsir bağışlamır.
ABŞ mediasının fikrincə, L.Lohanın ya İnstagram akkauntu haker hücumuna məruz qalıb, ya da aktrisa yenə uğursuz zarafat edir.
Milli.Az