Smartfonlar üçün yanğınsöndürən hazırlandı

16 Yanvar 2017 19:13

ABŞ-ın Stenford Universitetinin alimləri smartfonlar üçün kiçik yanğınsöndürmə qurğusu hazırlayıblar. 

Milli.Az bildirir ki, lent.az-ın "New Scientist"ə istinadən yaydığı xəbərə görə, qurğu smartfonların alışıb yanması və partlaması təhlükəsini neytrallaşdırmağa imkan verir.  
 
Müəlliflər bildiriblər ki, onları belə bir qurğunu yaratmağa sövq edən amil son vaxtlar "Samsung Galaxy Note 7" smartfonları ilə bağlı baş vermiş çoxsaylı hadisələr olub.
 
Maraqlıdır ki, qurğunu ayrıca gəzdirməyə ehtiyac olmayacaq. Onu smartfonlara quraşdırmaq mümkündür. Yanğın başladıqdan 0,5 saniyə sonra qurğu işə düşür.
 
Alimlər bildirirlər ki, onların icadı təkcə smartfonlar üçün yox, elektrik avtomobilləri, hətta təyyarələr üçün də aktualdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində