Avropalı ekspert: ““Erməni soyqırımı” qətnaməsi İsveç iqtisadiyyatına zərbə vuracaq”
12 Mart 2010 16:36
Onun sözlərinə görə, saxta soyqırımın tanınmasına Türkiyə tərəfi çox sərt reaksiya verəcək: "Fransa və Kanada saxta soyqırımı qəbul etdikdən sonra, bu ölkələrin Türkiyədə olan siyasi və iqtisadi maraqlarına ciddi zərbə dəyib".
C.Kornel onu da vurğulayıb ki, saxta soyqırımın İsveç parlamentində qəbul edilməsi müxalifətin səyi nəticəsində həyata keçib və hökumətin bunu təsdiq edəcəyi bəlli deyil.
Xatırladaq ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin martın 4-də keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma erməni soyqırımının tanınmasına dair qətnamə qəbul etməsindən sonra, martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi saxta erməni soyqırımı barədə qərar qəbul edib. Rəsmi Ankara etiraz olaraq, həmin ölkələrdəki səfirlərini geri çağırıb.
İsveçin xarici işlər naziri Karl Birld "erməni soyqırımı"nın qəbul edilməsinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində atılan addımlara ciddi zərbə vuracağını bildirib. Nazir onu da deyib ki, tarixdə baş verən hadisələr siyasiləşdirilməməlidir.