Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

16 Yanvar 2017 12:31

Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların fotoları Türkiyə mətbuatında yer alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həlak olan pilotlar - təyyarənin komandiri İbrahim Gürgan Diranç, ikinci pilot Kazım Öndül olub. Bundan başqa heyətə Melih Aslan Nelih Koça daxil olub.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Milli.Az