Şokolad reklamı qaradərili gözəlçəni təhqir etdi
31 May 2011 08:44
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, supermodel Naomi Kempbell "Sadbury" şokolad şirkətinin onun adının reklamda istifadə etməsinə görə məhkəməyə vermək niyyətindədir.
"Cadbury"nin yeni reklam kampaniyasında brilyant topasının içində olan şokoladın üzərində yazılıb: "Move over Naomi, there's a new diva in town" ("Bir qədər o yana dur, Naomi, şəhərdə yeni diva var").
Naomi Kempbell bildirib ki, şokoladla müqayisə edilmək nəinki onu, bütün qaradərililəri təhqir edir. Qaradərililərin hüquqlarının müdafiəsi ilə məşğul olan "Operation Black Vote" ictimai təşkilatı şirkətin məhsullarını boykota çağırıb.
"Cadbury" şirkətinin sahibi "Kraft Foods" qaradərililərdən üzr istəyərək təhqiramiz reklam kampaniyasının dayandırılacağını bildirib.
Milli.Az