İstənilən dildə danışın - telefon tərcümə edəcək
31 May 2011 08:35
Milli.Az xəbər portalı " DigInfo TV"ə istinadən bildirir ki, Yaponiyanın "NTT DoCoMo" mobil rabitə korporasiyası "Wireless Japan 2011" sərgisində telefon danışıqlarının avtomatik tərcümə sistemini nümayiş etdirib.
Nümayiş zamanı "NTT DoCoMo"nun əməkdaşları telefonla yapon dlində qəzet oxuyublar. Onların söylədikləri sözlər avtomatik onlayn rejimdə avtomatik olaraq ingilis dilinə tərcümə olunub.
Sistemdə daha sonra 127 dildən tərcümənin olacağı bildirilir.
Şirkət mənsublarının dediklərinə görə, servis hələ tam dəqiq deyil və onunla bağlı işlər davam edir. Lakin "DoCoMo" servis test rejimində 2011-ci ildə istifadəyə vermək niyyətindədir.
Servisdən şirkətin abonentləri istifadə edə bilərlər. Bunun üçün onlar smartfonlarına xüsusi proqram əlavəsi yazmalıdırlar.
Milli.Az