Ekvadorun cənub-qərbində iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər həlak olub, 17 nəfər yaralanıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Razon nəşrinin şənbə günü yaydığı məlumata görə, hadisə cümə günü axşam Quayas əyalətində baş verib. Toqquşan iki avtobusdan birinin sərnişinləri məktəblilər olub. Yol-nəqliyyat hadisəsinin qurbanları arasında uşaqların olub-olmadığına dair məlumat verilmir.
Yaralılar xəstəxanalara yerləşdirilib, qəzanın səbəbləri araşdırılır.
Milli.Az