Könül Kərimova efirdə ağladı: "Atam 2 günə öldü" - VİDEO - FOTO

14 Yanvar 2017 16:00

"O şəklə baxanda keçmiş günlər yadıma düşür"

ARB TV-də yayımlanan "Gəlin danışaq" proqramının növbəti qonağı qonağı müğənni Könül Kərimova olub.

Müğənni atasıyla bağlı xatirələrdən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Atam mənim yaxşı günlərimi görmədi. Çox istəyirdim ki, onun qulluğunda durum. Özü də elə bir adi xəstəlikdən getdi ki, bu gün üç adamdan biri o xəstəliyi çəkir. Bir dəfə yüngül mikroinfarkt keçirib, 2 aydan sonra dünyasını dəyişdi. Bu gün çox adi bir şeydir. 2 gün qalmışdı. Mən hiss elədim ki, artıq gedəcək. Gəlmişdi bizə. Mən də yemək hazırlamışdım. Yağlı yemək, demişdilər, olmaz. Mən də, indiki kimi yadımdadır, kələm dolması hazırlamışdım. Qabağına qoydum ki, ürəyincə yesin. Dedi ki, axı bu mənə olmaz. Dedim, heç nə olmaz. Üstündən qatıq verərəm. Çünki bilirdim ki, artıq gedəcək. Elə bil ki, ürəyimə dammışdı. 2 günün tamamında artıq xəbər gəldi ki, yoxdur. Demirəm, o dərəcədə kasıb olmuşuq".

Daha sonra sənətçi atasının ölümündən danışdı:

"Payız fəslini heç sevmirəm. Payızda yadıma gəlir ki, atam işə gedib-gələndə dəhşətli küləklər olurdu. Nazik bir üst geyimi vardı. Uşaq idim. Deyirdim ki, külək birdən atamı yıxar, soyuq olar. Ən yaxşı günlərimə az qalmışdı, mən onu itirdim. İstədiyim kimi onun qulluğunda dura bilmədim. O rəhmətə gedəndə təsəvvür edin ki, 1 otaqlı evdə yaşayırdım. Ora bizim həm yataq otağımız həm qonaq otağımız, həm də mətbəximiz idi. İndi baxıb deyirlər ki, Könül necə alıb bu böyük evi? Bir şeyi dərk edə bilmirəm ki, axı mən gecə-gündüz işləyirəm. Hər əzab, əziyyətə qatlaşmışam ki, mənim çəkdiyim çətinlikləri övladlarım çəkməsinlər. Bir şəklim var ki, hansı ki hələ də saxlayıram ki, baxanda o günlərim yadımdan çıxmasın. Çox pis şəraitimdə olan şəkildir. Şəkli elə həvəslə çəkirdik ki, elə bilirdik, xoşbəxtik. Dərk eləmirdik heç nə. Mən o günləri istəmirəm unudum".

Sonda Könül Kərimova ailəsindən söz açdı:

"Qış olanda elə bilirdim, bütün insanlar üşüyürlər. Ailə quranda deyirdim ki, nə olur-olsun, övladım gözünü açanda sevinim ki, bizim evimiz var. Son 2 aya qədər mən ikicanlı məclislərə getmişəm. Olub ki, huşumu itirmişəm. Yəni belə dişimlə, dırnağımla bu günlərə gəlmişəm. Xatırlamıram ki, hansısa bir işim asan olsun. Keçmişdən ancaq mən əzab-əziyyətdən danışa bilərəm. O qədər şükür edirəm. Bir neçə şey var ki, o mənə təsir edir. Əlbəttə ki, atam mənim o əzablı günlərimi görmüşdü. Həmişə də ən böyük dəstəkçim o olub. Gecə saat 9 olanda anam deyirdi ki, yatmaq vaxtıdır. İxtiyarımız nə idi, bir dəqiqə gecikək. Sobanın arasında bir yer var idi. Oradan baxanda televizoru görürsən. Oraya gedirdik. Atamın gözü sataşdı ki, kimsə baxır. Gördü ki, mənəm. Dedi ki, gəl burada bax. Dedim, qorxuram axı. Qorxma, gəl, dedi. Anamla mübahisələri düşürdü mənim üstə. Deyirdi ki, bu müğənni olacaq. Qoy baxsın konsertə. O biriləri yatsınlar, bu baxsın".

Videonu izləmək üçün şəklə klikləyin:
Könül Kərimova efirdə ağladı:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində