Qusara 17 sm qar yağıb - YENİLƏNİB - FOTOSESSİYA

14 Yanvar 2017 15:27

11:14

Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.
 
Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.
 
Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.
 
Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

----------

15:27

Foto: AZƏRTAC